Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası bu gün Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə planlaşdırılan danışıqların gündəliyi barədə məlumat verib.
NUHÇIXAN Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altunun bəyanatına istinadən bildirir ki, Rusiya-Ukrayna münaqişəsi əsas mövzu olaraq qalır.
Liderlər münaqişə ilə bağlı son hadisələri və onun həlli yollarını ətraflı müzakirə edəcəklər. Prezident Ərdoğan atəşkəs və sülh danışıqları ilə bağlı çağırış etmək niyyətindədir.
Həmçinin, Türkiyə və Ukrayna arasında ikitərəfli gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.