Ərdoğan: Zelenski ilə Rusiya-Ukrayna müharibəsini ədalətli sülh əsasında bitirmək səylərindən danışdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə sülh üçün səyləri müzakirə etdiyini bildirib.
NUHÇIXAN xəbər verir ki, R.T.Ərdoğan qeyd edib ki, "biz Rusiya və Ukrayna müharibəsini ədalətli sülh yolu ilə bitirmək səylərindən danışdıq".