Fransa, İspaniya və Yunanıstan sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş məhdudiyyətləri tətbiq etməyə hazırlaşır.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi əldə etdiyi sənədə istinadən məlumat yayıb.
Agentlik bildirib ki, bu ölkələrin rəqəmsal texnologiyalar üzrə nazirləri iyunun 6-da keçirilməsi gözlənilən Avropa İttifaqının digər ölkələrindən olan həmkarları ilə görüş ərəfəsində öz fəaliyyətlərini koordinasiya edirlər. Onların hazırladığı qaydalar internet bağlantısı olan cihazların tərtibatçılarını yaş yoxlama texnologiyaları ilə təmin etməyə məcbur edə bilər.