Rusiya 34 rusiyalı hərbçinin meyitini qaytarıb, Ukraynaya isə 909 həlak olmuş hərbçinin meyiti təhvil verilib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Şamsail Saraliyev RBK-ya bildirib.
Ukrayna Hərbi Əsirlər üzrə Koordinasiya Qərargahının məlumatına görə, Rusiya morqlarında olan meyitlər, həmçinin Kuraxov, Zaporojye, Xarkov və digər istiqamətlərdə döyüş bölgələrində son vaxtlar həlak olanların meyitləri Ukraynaya qaytarılıb.