Qazaxıstan Aral dənizinin şimal hissəsini bərpa edir

A- A A+

Qazaxıstanda Aral dənizinin şimal hissəsinin mühafizəsi üzrə layihənin ikinci mərhələsinin texniki-iqtisadi əsaslandırması üzrə işlər başa çatmaq üzrədir.

NUHÇIXAN “Kazinform”a istinadla xəbər verir ki, burada Kokaral bəndinin yenidən qurulması və Baltik sistemi boyunca dəniz səviyyəsinin 44 metrə çatdırılması, həmçinin su ehtiyatlarının sabitləşdirilməsi üzrə Amanotkel kəndi yaxınlığında su elektrik kompleksinin tikintisi nəzərdə tutulur.

Nəticədə Aral dənizinin şimal hissəsində su səthinin sahəsi 3913 kvadratkilometrə, həcmi isə 34 kubkilometrə qədər artacaq. Dənizin bu səviyyələrdə dolması üçün 4-5 il lazım olacaq.

Dənizin mühafizəsi üçün bu variantın seçilməsi 1913-cü ildən 2019-cu ilə qədər Sırdərya çayı hövzəsinə daxil olan suyun orta illik həcmlərinin təhlili və qiymətləndirilməsinin nəticələrinə, habelə su anbarlarının fiziki parametrlərinə əsaslanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: