Portuqaliyada keçirilən növbədənkənar parlament seçkilərində bülletenlərin 96,76 %-i hesablandıqdan sonra baş nazir səlahiyyətlərini icra edən Luiş Monteneqrunun rəhbərlik etdiyi sağ mərkəzçi Demokratik Alyans koalisiyası liderlik etdiyi məlum olub.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, koalisiya 33,02 % səs toplayıb. İfrat sağçı siyasi qüvvə "Bəsdir!" və Sosialist Partiyası təxminən bərabərləşir, vaxtaşırı bir-birindən geri qalır. Beləliklə, 2024-cü ildən hakimiyyətdə olan “Demokratik Alyans” parlamentdəki mövqeyini yaxşılaşdıra bilər. İlkin hesablamalara görə, sosialistlər mövqelərini pisləşdiriblər, ifrat sağçılar isə əksinə, nəzərəçarpacaq dərəcədə irəliləyiblər.
Portuqaliya Konstitusiyasına görə, Baş nazirin təyin edilməsi Respublika Prezidentinin səlahiyyətindədir. Seçkilərdən sonra dövlət başçısı parlamentə daxil olan partiyalarla məsləhətləşmələr aparmalıdır.
Adətən qalib gələn siyasi qüvvənin lideri baş nazir təyin olunur.