Hindistan Pakistanla münasibətləri normallaşdırmaq istəmir

A- A A+

Hindistan Pakistanla münasibətləri normallaşdırmaq istəmədiyini bəyan edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “The Times of India” qəzeti Hindistanın xarici işlər nazirinin müavini Vikram Misrinin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, V.Misri parlamentin xarici işlər komitəsinin qapalı iclasında çıxış edib: "Yaxın gələcəkdə Pakistanla normal münasibətlər istisna edilir".

Misri, həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan arasında atəşkəsin dayandırılmasında vasitəçilik xidmətləri göstərməyib. O qeyd edib ki, atəşkəs iki ölkənin hərbi əməliyyatlar üzrə baş direktorlarının danışıqları sayəsində əldə edilib.

Qeyd edək ki, Hindistan və Pakistan arasında münasibətlər aprel ayının sonunda kəskinləşib. May ayının əvvəlində Hindistan Pakistandakı mülki və hərbi obyektlərə hücum edib. Pakistan cavab tədbirləri görüb.

ABŞ Prezidenti Donald Tramp mayın 10-da Hindistan və Pakistanın atəşkəs barədə razılığa gəldiyini elan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: