Fransa departamenti genişmiqyaslı kiberhücuma məruz qalıb

A- A A+

Fransanın şimalındakı O-de-Frans departamentinin inzibati orqanlarının işi genişmiqyaslı kiberhücum səbəbindən pozulub.

NUHÇIXAN Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə departamentin prefekturasının mətbuat xidməti məlumat yayıb.

"Departament genişmiqyaslı kiberhücuma məruz qalıb. Bütün informasiya sistemləri və adi rabitə vasitələri qeyri-müəyyən müddətə deaktiv edilib", - məlumatda bildirilib.

“La Tribune” qəzetinə bildirilib ki, hazırda məlumatların qorunması və zərərin qiymətləndirilməsi üzrə işlər aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: