İran ordusunun Baş Qərargah rəisi: Şərq sərhədlərində təhlükəsizliyi artırmaq üçün sədlər inşa olunur
İran ölkənin təhlükəsizliyini təmin etmək üçün şərq sərhədində müdafiə tikililərinin aktiv inşasını aparır.
NUHÇIXAN İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Mohammad Baqeri bildirib.
Məlumata görə, M.Baqeri bu açıqlamaları ötən gün Sistan və Bəlucistan əyalətinə səfəri zamanı qeyd edib.
O qeyd edib ki, əyalətdə İran Ordusu, İslam İnqilabı Keşikçiləri Korpusu və İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin bölmələri yerləşdirilib: "Əfqanıstan və Pakistanla həmsərhəd olan bu bölgə İran Silahlı Qüvvələri üçün prioritet olaraq qalır".