İsrail və Türkiyə Azərbaycandakı danışıqlardan sonra "qaynar xətt" yaradıblar

A- A A+

İsrail və Türkiyə Suriyada hərbi əməliyyatların koordinasiyası və toqquşmaların qarşısının alınması məqsədilə xüsusi “qaynar xətt”in yaradılması barədə razılığa gəliblər.

NUHÇIXAN-ın "Middle East Eye" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə razılıq Azərbaycanın vasitəçiliyi ilə iki ölkənin nümayəndələri arasında son danışıqlar zamanı əldə olunub.

Məlumata görə, Türkiyə Suriyaya quru qoşunlarını, o cümlədən zirehli texnika və piyadaları yerləşdirməyi təklif edib. Bu, onların mövqelərində İsrail aviasiyasının hərəkətlərini qeydə ala biləcək avadanlıqların – xüsusilə hava hücumundan müdafiə sistemləri və radiolokasiya stansiyalarının – yerləşdirilməməsi şərti ilə mümkündür. İsrailin əməliyyatları üçün təhlükə yaranmadığı müddətdə Təl-Əvivin buna etirazı olmadığı bildirilir.

Danışıqlarda xüsusi diqqət "palma xətti" adlanan əraziyə verilib - bu, Suriya Palmirasına bitişik zonaya aiddir. Bölgədə keçmişdə İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən geniş şəkildə istifadə edilən və "Hizbullah"a silah tədarükü üçün logistika dəhlizinin bir hissəsi kimi xidmət edən T4 aviabazası yerləşir. İsrail bu bazanı düşmənləri üçün strateji hədəf hesab edərək dəfələrlə vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: