Vaşinqtonda Paytaxt Yəhudi Muzeyinin qarşısında İsrail səfirliyinin 2 əməkdaşını güllələməkdə şübhəli bilinən şəxs saxlanılıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə paytaxt Polis Departamentinin rəisi Pamela Smit mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, şübhəli şəxs Çikaqodan olan 30 yaşlı Elias Rodriqezdir. Atışmadan əvvəl onun muzeyin dolaşdığı müşahidə edilib.
Hadisə zamanı həmin şəxs dörd nəfərlik qrupa yaxınlaşaraq tapançadan iki nəfərə atəş açıb. Atışmadan sonra o, muzeyə daxil olub və mühafizəçi tərəfindən saxlanılıb.
İsrail səfirliyi hadisə qurbanlarının nişanlı olduğunu açıqlayıb.