Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla baş tutacaq görüşdə Ukraynadakı vəziyyətin nizamlanması və mövcud münaqişənin dərin səbəblərini müzakirə edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Onun sözlərinə görə, görüş mayın 25-dən 27-dək Moskvada türkiyəli nazirin işgüzar səfəri çərçivəsində baş tutacaq.
“Bizim gündəliyimizdə ikitərəfli məsələlər var. Əlbəttə, regionda və ümumilikdə dünyadakı vəziyyət də müzakirə olunacaq. Klassik mövzular. Türkiyə ilə bu istiqamətlərin hər biri üzrə müzakirə ediləcək məsələlərimiz var”, – deyə Zaxarova bildirib.