Rusiya-Ukrayna danışıqlarının yeni raundu ilə bağlı konkret razılaşmalar yoxdur.
NUHÇIXAN Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiya Prezidenti Aleksandr Stubbun gələn həftə Vatikanda iki ölkənin nümayəndə heyətləri arasında danışıqların mümkünlüyü barədə açıqlamasını jurnalistlərə şərh edərkən bildirib.
"Hələ ki növbəti görüşlərlə bağlı hər hansı bir konkret razılaşma yoxdur. Bu barədə razılığa gəlmək lazımdır. İstanbulda əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində iş aparılır", - o qeyd edib.