Rusiya “1000-in 1000-ə” formatlı əsir mübadiləsi üçün Ukraynadan siyahı aldığını təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Bundan əvvəl Peskov bəyan etmişdir ki, Moskva mübadilənin tezliklə baş verməsində maraqlıdır, lakin bu proses ciddi hazırlıq tələb edir. Onun sözlərinə görə, İstanbulda Rusiya ilə Ukrayna nümayəndə heyətləri arasında əldə olunan razılaşmalara əsasən əsir mübadiləsi yaxın günlərdə baş tutmalıdır.
Türkiyədə keçirilmiş danışıqların növbəti raundunun əsas mövzularından biri əsir mübadiləsi olub. Tərəflər həmçinin sülh və birbaşa dialoqun bərpa olunması məsələlərini də müzakirə ediblər.