Putin Ukrayna ilə sərhəddə bufer zonasının yaradılmasını elan edib

A- A A+

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sərhəd boyunca təhlükəsizlik bufer zonasının yaradılması haqqında qərar qəbul edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə o, hökumət üzvləri ilə keçirilən əməliyyat müşavirəsində bildirib. Rusiya dövlətinin başçısının sözlərinə görə, ölkənin silahlı qüvvələri artıq bu tapşırığı həyata keçirməyə başlayıb.

“Sərhədlər boyunca lazımi təhlükəsizlik bufer zonasının yaradılması barədə qərar qəbul edilib. Hazırda silahlı qüvvələrimiz bu məsələni həll edir”, - deyə Putin qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: