ÜST: Qəzzada xəstəxanaların ən azı 94%-i qismən və ya tamamilə dağılıb

A- A A+

Qəzza zolağındakı bütün xəstəxanaların ən azı 94%-i zədələnib və ya dağıdılıb, anklavın şimalında insanların heç bir tibbi xidmətə çıxışı demək olar ki, yoxdur.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Qeyd olunub ki, Qəzza zolağındakı 36 xəstəxanadan yalnız 19-u ciddi dərman və tibb işçilərinin çatışmazlığına, eyni zamanda təhlükəsizlik problemlərinə baxmayaraq fəaliyyətini davam etdirir.

Onlardan yalnız 12-si müxtəlif tibbi xidmətlər göstərir, qalanları isə yalnız əsas və təcili yardım göstərə bilir.

“Qəzza zolağındakı bütün xəstəxanaların ən azı 94%-i zədələnib və ya dağılıb. 2025-ci il martın 18-də anklavda hərbi əməliyyatların bərpasından bu yana ÜST-nin səhiyyə obyektlərinə 28, 2023-cü ilin oktyabrından isə ən azı 697 belə hücum qeydə alıb”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: