Türkiyə 2023-cü ildən indiyə qədər beynəlxalq axtarışda olan 337 şəxsi tutaraq ölkəyə gətirib

A- A A+

Türkiyə İnterpol xətti ilə axtarışa verdiyi daha 3 nəfəri ölkəyə gətirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün "X" hesabında məlumat yayıb.

O bildirib ki, daxili işlər naziri təyin ediləndən (2023-cü ildən) bu yana beynəlxalq axtarışda olan 337 şəxs Türkiyəyə gətirilib:

"Hansı ölkəyə qaçıblarsa, biz mütəşəkkil cinayət təşkilatının üzvlərini, narkotik alverçilərini bir-bir tutub ölkəmizə gətirəcəyik. Onlar Türkiyə polisindən qaça bilməyəcəklər", - deyə nazir bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: