Yaponiyanın Hokkaydo adasında son 24 saat ərzində 5,1 və 4,4 maqnitudalı iki zəlzələ qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsindən bildirilib.
"Bazar ertəsi axşam maqnitudası 5,1 olan ilk zəlzələ Hokkaydonun cənubunda qeydə alınıb, zəlzələ ocağı 54 km dərinlikdə yerləşib. 4,4 maqnitudalı ikinci təkan isə çərşənbə axşamı gecə eyni ərazidə baş verib, zəlzələ ocağı 42 km dərinlikdə yerləşib", - agentliyin mənbəyi bildirib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.