Misir Süveyş kanalı iqtisadi regionunda ABŞ sənaye zonasının yaradılmasını səbirsizliklə gözləyir. Rəsmi Qahirə amerikalı investorlara bütün lazımi güzəştləri təqdim etməyə hazırdır.
NUHÇIXAN-ın məlumatına görə, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Misir-ABŞ İqtisadi Forumunda iştirak edən amerikalı biznesmenlərdən ibarət nümayəndə heyəti ilə görüşündə deyib.
Misir dövlət başçısı, həmçinin diqqətə çatdırıb ki, iri bazar imkanlarına malik, ərəb regionuna və Afrikaya qapı olan ölkəsi ABŞ sənayesi üçün “böyük sənaye mərkəzi” olmaq istəyir. Prezident ölkəsinə xarici investisiyaların cəlbi üçün bütün zəruri qanunvericilik islahatlarının aparıldığını deyib.
Qeyd olunub ki, Misirdə 1800-dən çox ABŞ şirkəti mövcuddur. Onların son iki onillik ərsində sərmayələrinin ümumi həcmi 47 milyard dolları keçir. Bu şirkətlər, əsasən energetika, sənaye, İKT, maliyyə, səhiyyə sahələrində fəaliyyət göstərirlər.