Ankara və Moskva arasında münasibətlərin regionun təhlükəsizliyi və sabitliyinin təmin edilməsində mühüm rol oynayır.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla geniş tərkibdə danışıqlar zamanı bildirib.
"Dünyadakı geosiyasi vəziyyətin sürətlə dəyişdiyi şəraitdə Türkiyə və Rusiya arasındakı dərin kök salmış münasibətlər regionun sabitliyi və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Rusiyanın Ukrayna ilə birbaşa danışıqlar üçün İstanbulu məkan olaraq seçməsi hər iki ölkənin sabitlikdə maraqlı olduğunu göstərir", - o vurğulayıb.
H.Fidan qeyd edib ki, danışıqlar zamanı nümayəndə heyətləri ikitərəfli münasibətlərin bütün aspektlərini, o cümlədən enerji və ticarət sahələrində əməkdaşlığın inkişafını, həmçinin Yaxın Şərq də daxil olmaqla regional və beynəlxalq gündəliyin mühüm məsələlərini müzakirə edəcəklər.