Peskov: Kreml Trampın Ukrayna məsələsinə yanaşmasını balanslı hesab edir

A- A A+

ABŞ və Prezident Donald Tramp Ukrayna nizamlanmasına balanslı yanaşma nümayiş etdirir, mümkün yeni sanksiyalar barədə daimi müzakirələr yersizdir.

NUHÇIXAN "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Görürük ki, çoxlu sayda kütləvi informasiya vasitələri sülh prosesinin pozulmasına yönəlmiş, amerikalıları yeni sanksiyalar tətbiq etməyə hər cür "təhrik etmək" məqsədi daşıyan kampaniyada de-fakto iştirak edir", - Peskov Ukraynadakı nizamlanma üzrə danışıqlar prosesinə bunun necə təsir edəcəyi barədə suala cavab olaraq deyib.

"Biz bunun fərqindəyik, eyni zamanda amerikalılar və Prezident Tramp son dərəcə balanslı yanaşma nümayiş etdirir. Ukrayna münaqişəsinin əsas səbəblərinin nizamlanması ilə bağlı substansiya o qədər mürəkkəbdir ki, vaxt tələb olunur. İş aparılır", - Kreml nümayəndəsi vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: