Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasına göstərdiyi köməyə görə Türkiyəyə minnətdarlığını bildirib.
NUHÇIXAN xəbər verir ki, o, bu barədə Moskvada türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bəyan edib.
"Rusiya Ukraynada sülh yolu ilə nizamlanmaya yardımı davam etdirməyə hazır olduğuna görə Türkiyəyə minnətdardır. Danışıqların uğuru birbaşa olaraq münaqişənin əsas səbəblərini aradan qaldıra bilib-bilməyəcəyimizdən asılı olacaq", - o bildirib.
S.Lavrov həmçinin vurğulayıb ki, tərəflər Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələləri ilə bağlı səmərəli dialoq aparıblar.
"Dialoqumuz davam edəcək və hesab edirəm ki, Rusiya-Türkiyə münasibətlərinin yaxşı gələcəyi var", - o bildirib.