Kanada ABŞ-a qoşulmağa qərar verərsə, “Qızıl günbəz” raketdən müdafiə sistemi üçün ödənişdən azad olacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Mən bizim gözəl “Qızıl günbəz” sistemimizin bir hissəsi olmaq istəyən Kanadaya bunun 61 milyard dollara başa gələcəyini söylədim. Lakin onlar arzu edilən 51-ci ştata çevrilsələr, dəyəri sıfır dollar olacaq”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Kanada bu təklifi nəzərdən keçirir.
Mayın 20-də Tramp ABŞ-ın “Qızıl günbəz” raketdən müdafiə sisteminin arxitekturası ilə bağlı qərar qəbul etdiyini açıqlayıb. O qeyd edib ki, sistemin yaradılmasına üç ildən bir qədər az vaxt lazım olacaq. Vaşinqton administrasiyası bunun üçün təxminən 175 milyard dollar ayırmağı təklif edir.