Macarıstan və Slovakiya Avropada “demokratiya” bəyannaməsinə veto qoyub

A- A A+

Macarıstan və Slovakiya Polşanın hazırladığı Avropada demokratiyanın gücləndirilməsi ilə bağlı bəyannamənin Avropa İttifaqı ölkələrinin qəbul etməsinə mane olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Macarıstanın Aİ məsələləri üzrə naziri Yanoş Bok məlumat verib.

Onun sözlərinə görə, demokratiyanın davamlılığı Avropa institutları və bəzi Aİ-yə üzv dövlətlər tərəfindən səhv başa düşülür.

O, xüsusilə qeyd edib ki, Polşa sənədində qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsində şəffaflıq tələbi yoxdur, bu təşkilatlardan müxtəlif siyasi qüvvələr çox vaxt öz məqsədləri üçün istifadə edirlər və xaricdən pul alırlar.

“Macarıstan hökuməti hesab edir ki, bir sıra digər ölkələri, eləcə də Avropa İttifaqının liderləri demokratik cəmiyyətdə QHT-lərin rolunu düzgün başa düşmürlər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: