Ukraynada sülh nizamlanmasına bir il ərzində nail olmaq mümkündür.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Onun sözlərinə görə, Türkiyə iyunun 2-də İstanbulda aparılacaq danışıqlarla bağlı Ukrayna ilə məsləhətləşmələr aparır. Ankara danışıqlarda əldə edilmiş impulsu inkişaf etdirmək istəyir.
"Biz Ukraynadakı müharibədə kritik nöqtəyə yaxınlaşırıq. Mayın 16-da İstanbulda aparılan danışıqlar Ukraynada diplomatik nizamlanmanın yeni başlanğıcı oldu. Biz İstanbulda əldə edilmiş impulsu, dinamikanı qorumaq istəyirik və danışıqların yeni raunduna ev sahibliyi etməyə hazırıq", - o qeyd edib.