Pentaqon "qlobal zərbə" silahının hazırlanmasına 1 milyard dollardan çox vəsait xərcləyəcək

A- A A+

Pentaqon “Lockheed Martin” müdafiə korporasiyasından 1 milyard dollardan artıq məbləğdə operativ zərbə sisteminin modifikasiyasının hazırlanmasını sifariş edib.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə idarəsinin saytında məlumat verilib.

Dərc edilmiş məlumata əsasən, “Lockheed Martin” tam xidmət kompleksi ilə bağlı sifariş alıb. Bura proqramın idarə edilməsi, mühəndis işləmələri, sistemlərin inteqrasiyası, raketlərin və “Conventional Prompt Strike” ("Konvensional sürətli zərbə") sisteminin buraxılış proqramlarının istehsalı üçün lazımi materiallar, alət və avadanlıqların alınması daxildir.

Daha əvvəl müdafiə şirkəti avtonom idarəetmə sistemi ilə təchiz edilmiş və pilot olmadan döyüş tapşırıqlarını yerinə yetirə bilən beşinci nəsil “F-35” qırıcılarını modernləşdirmək planlarını açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: