Senator Deyns ABŞ-nin Bakı və İrəvan arasında sülh sazişi ilə bağlı mövqeyini təsdiqləyib

A- A A+

Bakı və İrəvan arasında sülh sazişinin bağlanması Cənubi Qafqaz regionunda sabitlik və rifahı təmin edəcək.

NUHÇIXAN ABŞ-nin Ermənistandakı səfirliyinin paylaşımına istinadən xəbər verir ki, bunu ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, senator Stiv Deyns Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

"Senator Stiv Deyns və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə regional təhlükəsizlik məsələləri, həmçinin Ermənistan iqtisadiyyatına investisiya perspektivləri müzakirə olunub. Senator Tramp administrasiyasının regionda sabitliyin və rifahın təmin edilməsi üçün Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanmasının zəruriliyi ilə bağlı mövqeyinə dəstəyini ifadə edib", - paylaşımda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: