Muğla valisi: Zəlzələ zamanı 1 nəfər ölüb, 69 nəfər yaralanıb

A- A A+

Türkiyənin Muğla şəhərinin valisi İdris Akbıyık ölkənin cənub-qərb sahilində baş vermiş güclü zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə vali sosial şəbəkədə yazıb.

“Zəlzələdə panik atak səbəbindən 14 yaşında bir övladımız həyatını itirib”, – o qeyd edib.

Akbıyıkın sözlərinə görə, təşviş və hündürlükdən atılma nəticəsində 69 nəfər yaralanıb, onlardan 46-sı xəstəxanaya aparılıb.

Vali şəhərdə heç bir dağıntı olmadığını vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: