Rəsmi Moskva strateji aviasiya aerodromlarına PUA hücumunu şərh edib

A- A A+

Kreml Rusiya aviabazalarına endiri zərbələri və dəmir yolu körpülərinin partladılmasına münasibət bildirib.

NUHÇIXAN-ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Ukraynanın bazar günü Rusiyaya etdiyi hücumlarla bağlı məlumatı onlayn rejimdə aldığını söyləyib.

Kremlin sözçüsü Ukraynanın Rusiyanın strateji aviasiya aerodromlarına PUA hücumları və dəmir yolu körpülərini parlatması ilə bağlı istintaqın nəticələrini gözləməyi təklif edib.

Qeyd edək ki, iyunun 1-də Ukrayna ordusu Rusiyanın Murmansk, İrkutsk, Ryazan və Amur vilayətlərin yerləşən strateji aviasiya aerodromlarına PUA hücumu təşkil edib.Hücumlar Rusiya ərazisindən, bilavasitə hərbi aerodromların yaxınlığından həyata keçirilib. Nəticədə Rusiya Hava Kosmik

Qüvvələrinin çoxlu sayda təyyarəsinə ziyan vurulduğu bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: