İyunun 1-də İstanbulun Sabiha Gökçen Hava Limanı öz fəaliyyəti tarixində rekord sayda reys – 24 saat ərzində 784 uçuş qeydə alıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə aeroport idarəsi (HEAŞ) məlumat yayıb.
“1 iyun 2025-ci il tarixində İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanında düz 784 uçuşla bütün zamanların ən yüksək gündəlik uçuş sayına nail olunub!”, – idarənin sosial şəbəkə hesabında qeyd olunub.
Vurğulanıb ki, bu rekord Türkiyənin beynəlxalq aviasiyada artan rolunun və ölkənin əsas nəqliyyat qovşaqlarından birində sərnişin axınının artmasının növbəti təsdiqidir.