Peskov: Tramp, Putin və Zelenski arasında görüş bu yaxınlarda çətin ki, mümkün olsun

A- A A+

ABŞ, Rusiya və Ukrayna prezidentləri Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski arasında görüş yaxın zamanda çətin mümkün olsun.

NUHÇIXAN Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezident Putin təmaslar ideyasını dəstəkləyir, lakin hesab edir ki, onlar yaxşı hazırlanmalıdır", - o qeyd edib.

Peskovun sözlərinə görə, bu təmaslar artıq texniki və ekspert səviyyəsində işlənib hazırlanacaq razılaşmaların nəticəsi olmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: