Alparslan Bayraktar: “Şəfəq-Asiman” bloku üzrə saziş Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək"

A- A A+

“Türkiye Petrolleri” (TPAO) şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” qaz yatağında 30 % iştirak payı alması haqqında saziş Türkiyənin enerji təhlükəsizliyinin gücləndirilməsinə əhəmiyyətli töhfə olacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Nazirin sözlərinə görə, bu layihə çərçivəsində tərəfdaşlıq Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə çıxaracaq.

"Milli neft şirkətimiz TPAO-nun “Şəfəq-Asiman” layihəsinə 30 % payla daxil olması həm Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək, həm də regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcək mühüm addımdır", - A.Bayraktar “X” sosial şəbəkəsindəki paylaşımında vurğulayıb.

Xatırladaq ki, bu gün Bakı Enerji Həftəsi çərçivəsində TPAO-ya "Şəfəq-Asiman" qaz yatağının işlənməsi layihəsində pay verilməsi haqqında saziş imzalanıb. Şirkət 30 % payla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Britaniyanın BP şirkətinin tərəfdaşı olub.

Razılaşma yekunlaşdıqdan sonra TPAO HPBS-də ümumilikdə 30 % iştirak payına sahib olacaq - bunun 15 %-i BP-dən, 15 %-i isə SOCAR-dan TPAO-ya veriləcək. Hazırda BP və SOCAR HPBS-də hər biri 50 % iştirak payına malikdir. BP kəşfiyyat dövrü üçün HPBS-nin operatoru olaraq qalacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: