ABŞ əsgərlərini Suriyadan çıxarır

A- A A+

ABŞ rəsmilərinin bildirdiyinə görə, Prezident Donald Trampın bölgəyə yeni yanaşması əsasında və Əsəd rejiminin devrilməsinin birbaşa nəticəsi olaraq yüzlərlə amerikalı əsgər Suriyadan çıxarılıb.

NUHÇIXAN xəbər verir ki, ABŞ-ın müdafiə rəsmisi “Al Arabia English” telekanalına deyib: “ABŞ qüvvələrinin Suriyada konsolidasiyası təhlükəsiz, məqsədyönlü və müəyyən şərtlərə əsaslanır”.

“Fox News” telekanalının ABŞ rəsmilərinə istinadla verdiyi məlumata görə, son həftələrdə Suriyadan təqribən 500 əsgər çıxarılıb və bir çox ABŞ bazası Suriya Demokratik Qüvvələrinə (SDQ) təhvil verilib və ya bağlanıb. Telekanal, həmçinin “Dəstək missiyası” hərbi bazasının bağlandığını, “Fərat” düşərgəsinin isə SDQ-ə təhvil verildiyini bildirib. “Fox News”a danışan rəsmilərin sözlərinə görə, üçüncü baza da boşaldılıb.

ABŞ rəsmiləri sıra hərbçilərin dislokasiya yerinin dəyişdirilməsi və son bir ay ərzində bazaların bağlanması və ya təhvil verilməsi faktlarını təsdiqləyiblər. CENTCOM məsələ ilə bağlı sualları Pentaqonun sözçüsü Şon Parnellin apreldə qüvvələrin birləşdirilməsi ilə bağlı verdiyi açıqlamaya yönəldib. Həmin bəyanatda deyilir ki, ABŞ Suriyadakı qoşunlarını Birləşmiş Müştərək İşçi Qüvvələr – Inherent Resolve (OIR) çərçivəsində ölkədəki yerləri seçmək üçün birləşdirəcək və Suriyadakı hərbi kontingentin tərkibi 1000 nəfərdən də az olacaq.

Parnell əlavə etmişdi: “Prezident Trampın güc vasitəsilə sülhə sadiqliyinə uyğun olaraq bu konsolidasiya baş verdikdə, ABŞ Mərkəzi Komandanlığı Suriyada İŞİD qalıqlarına qarşı zərbələri davam etdirməyə hazır olacaq”.

ABŞ-ın Suriyadakı səfiri Tom Barak bazar ertəsi axşam saatlarında Türkiyənin NTV telekanalına müsahibəsində deyib: “Hərbi əsasda OIR nişanımız azalır. Səkkiz bazadan beşinə, sonra isə üçünə keçdik. Nəhayət, cəmi bir baza qalacaq”.

Birləşmiş Ştatlar bir neçə ildir ki, SDQ ilə əməkdaşlıq edir və onu İŞİD-ə qarşı mübarizədə mühüm faktor kimi qiymətləndirir. Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaara ilə görüşdən sonra Tramp administrasiyası Suriyaya qarşı sanksiyaları ləğv edib, regional və beynəlxalq aktorların Suriya bazarına girməsinə və bərpa yolunun başlamasına kömək etmək üçün yol açıb. Vaşinqton bu ilin əvvəlində Suriya hökumətinə şərtlər siyahısını vermişdi. Buraya əcnəbi döyüşçülərin ölkədən çıxarılması, eləcə də onların rəsmi hərbi və ya hökumət vəzifələrindən uzaqlaşdırılması, İranın və onun etibarlı şəxslərinin öz mövqelərini bərpa etməsinin qarşısının alınması da daxildir.

“Reuters” xəbər verib ki, Vaşinqton Dəməşqin əcnəbi döyüşçülərin orduya inteqrasiyası planına razılıq da verib.

Suriyadan kənarda ABŞ-ın İraqda təxminən 2500, İordaniyada 3500 və Türkiyədə 2000-ə yaxın əsgəri var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: