Trabzonu sel basıb, bir nəfər itkin düşüb

A- A A+

Türkiyənin Trabzon şəhərində yağan leysan sel və daşqına səbəb olub.

Bu barədə NUHÇIXAN “TRTHaber"ə istinadən xəbər verir.

Bildirilib ki, təbii fəlakət nəticəsində bir nəfər itkin düşüb.

“Trabzonda gecə saatlarından başlayan güclü yağış fəsadlarla nəticələnib. İtkin düşən 72 yaşlı Hüseyn Aydının tapılması üçün axtarış əməliyyatı başlayıb. Daşqın səbəbindən yolların bağlanması axtarış işlərini çətinləşdirir”, - məlumatda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: