Rusiyanın "Yakutiya" aviaşirkətinin Sankt-Peterburq-Yakutsk marşrutu üzrə uçan Yak-488 təyyarəsinin göyərtəsinin kabinəsində tüstülənmə baş verib.
NUHÇIXAN-ın məlumata görə, hadisə iyunun 4-də uçuş zamanı baş verib.
İnsidentə sərnişinlərdən birinin əl yükündə olan pover bankın qısaqapanması səbəb olub. Nəticədə xalça qismən əriyib.
Uçuş bələdçiləri və sərnişinlərin operativ reaksiyası sayəsində tüstü qısa zamanda aradan qaldırılıb. Hadisə zamanı heç kim xəsarət almayıb.
Təyyarə təhlükəsiz şəkildə marşrutunu davam etdirərək Yakutsk hava limanına enib.