Makronun oğurlanmış heykəli muzeyə qaytarılıb

A- A A+

"Greenpeace" fəalları tərəfindən oğurlanmış Fransa prezidenti Emmanuel Makronun heykəli Parisdəki "Greven" mum fiqurlar muzeyinə qaytarılıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə muzeyin mətbuat xidmətinin rəhbəri Veronik Berets "RİA Novosti"yə bildirib.

"Təsdiq edirəm ki, biz bu personajı geri ala bildik. O, bu gün günorta öz yerinə qaytarılacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, fəallar əvvəlki gecə muzeyin direktoruna zəng edərək, heykəli Parisdəki EDF enerji şirkətinin binasının qarşısında qoyduqlarını bildiriblər. Bundan sonra muzey polisilə əlaqə saxlayıb, polis isə eksponatı komissarlığa aparıb, oradan da muzeyin əməkdaşları onu vəziyyətini qiymətləndirdikdən sonra götürüblər.

Bazar ertəsi Monmartrda yerləşən muzeyi turist adı ilə ziyarət edən iki qadın və bir kişi, dəyəri 40 min avro olan Makronun mum heykəlini götürərək Parisdəki Rusiya səfirliyinin binasına gətiriblər. Pozucular Greenpeace aktivistləri çıxıb, onlar Fransa və Rusiya arasında iqtisadi əməkdaşlığa qarşıdırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: