ABŞ öz silahlı qüvvələrinin bütün dünyada yerləşdirilməsi strukturunu yenidən nəzərdən keçirəcək və Asiya-Sakit okean regionuna diqqət yetirəcək.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib.
"Biz cənub sərhədimizi qoruyacaq və onu bağlayacağıq, çünki əvvəlki administrasiya 20 milyon insanın ölkəmizə qanunsuz daxil olmasına icazə verib. Bu vəziyyəti tam nəzarətə almalıyıq. Hind-Sakit okean regionuna keçməli və orada sülhün qorunub saxlanılmasına nail olmalıyıq", - o vurğulayıb.