ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan öz istəyi ilə vəzifəsindən getmək istəyir.
Bu barədə NUHÇIXAN diplomatik missiyanın sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir.
"ABŞ-ni təmsil edən diplomat olaraq 33 il işlədikdən sonra istefaya getmək qərarına gəldim", - o qeyd edib.
O bildirib ki, ABŞ-nin Gürcüstandakı səfiri kimi gördüyü işlərlə fəxr edir.
Diplomat iyulda postundan rəsmən gedənə qədər Vaşinqton və Tbilisi arasındakı əlaqələrin möhkəmləndirilməsi üzərində işləməyə davam edəcəyini vurğulayıb.