Ukraynada səfərbərlik yaşının 18 yaşa qədər azaldılması planlaşdırılmır.
NUHÇIXAN “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ali Radanın sədri Ruslan Stefançuk bildirib.
"18 yaşdan səfərbərliklə bağlı qanun layihəsinə gəlincə, Ali Radada belə bir qanun layihəsi yoxdur və bildiyim qədəri ilə nə təqdim edilməsi, nə də baxılması planlaşdırılır", - o, bu gün brifinqdə bildirib.
Sədr Ali Radanın səfərbərlik yaşını 27 yaşdan 25 yaşa endirdiyini xatırladıb.
"Biz könüllülər (18-25 yaş arası) üçün xüsusi şərtlər yaratdıq. Ali Radada hələlik başqa təşəbbüslər planlaşdırılmır", - Stefançuk qeyd edib.