ABŞ sahibkarı İlon Mask Prezident Donald Trampla münaqişəsi fonunda biznesinə milyardlarla sərmayə qoyan Silikon Vadisi investorları ilə əlaqə saxlamağı dayandırıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə "Financial Times" qəzeti investorlardan birinə və ABŞ Respublikaçılar Partiyasının əsas sponsoruna istinadən yazıb.
"İlon heç kimin zənglərini qəbul etmir. Hətta onun şirkətlərinə milyardlarla sərmayə qoyanların da", - mənbə nəşrə bildirib.