İran XİN: ABŞ-la danışıqların altıncı raundu iyunun 15-də baş tutacaq

A- A A+

İranın nüvə proqramı üzrə ABŞ-la danışıqların altıncı raundu iyunun 15-nə təyin edilib.

NUHÇIXAN “İRNA”ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

“Keçirilən məsləhətləşmələri nəzərə alaraq, İran-ABŞ dolayısı ilə danışıqların növbəti raundu gələn bazar günü Maskatda keçiriləcək”, - deyə o qeyd edib.

ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı beş raund danışıqlar aparıb.

ABŞ Prezidenti Donald Tramp deyib ki, Vaşinqton mümkün uranın zənginləşdirilməsindən imtina etmək istəmədiyinə görə Tehranın mövqeyindən hələlik razı deyil. Tramp daha əvvəl görüşün iyunun 12-də baş tutacağını bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: