Pentaqon Los-Ancelesə 700 dəniz piyadası yeridir

A- A A+

ABŞ Müdafiə Nazirliyi etirazlar və iğtişaşlar səbəbindən Kaliforniya ştatının Los-Anceles şəhərinə dəniz piyadaları korpusunun təxminən 700 hərbçisini göndərəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Şimal Komandanlığının yaydığı bəyanatda deyilir.

Əmrə əsasən, dəniz piyadaları federal xidmət və departament əməkdaşlarının, həmçinin Los-Ancelesdə və onun ətraflarında dövlət əmlakının təhlükəsizliyinin təmin edilməsinə yardım edəcək.

Onlar Kaliforniya Milli Qvardiyası ilə qarşılıqlı əlaqədə olacaqlar.

Qeyd edək ki, Los-Ancelesdəki qanunsuz mühacirlərə qarşı polis basqınlarından sonra iğtişaşlar baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: