İsrail Yəməndə husi hədəflərinə zərbə endirib

A- A A+

İsrailin Hərbi Dəniz Qüvvələri bu gün Yəmənin Qırmızı dəniz sahilində yerləşən Hodeyda limanında husi hədəflərinə zərbələr endirdiyini bildirib. İsrailin müdafiə naziri İsrael Kats isə hücumlar davam edəcəyi təqdirdə, İranın dəstəklədiyi bu silahlı qruplaşmanı hava və dəniz blokadası ilə hədələyib.

NUHÇIXAN "Reuters"ə istinadən xəbər verir ki, İsrail Hodeyda limanına iki raket zərbəsi endirib.

İsrail ordusu da hücum faktını təsdiqləyərək, dəniz qüvvələrinin husi hədəflərini vurduğunu və limanın qruplaşma tərəfindən silah daşınması üçün istifadə olunduğunu açıqlayıb.

Müdafiə naziri İsrael Kats “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, İsrail Husiləri hücumları davam etdirməmələri ilə bağlı əvvəlcədən xəbərdar edib və əks halda onların hava və dəniz blokadası ilə qarşılaşacağını qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: