Türkiyənin Səhiyyə Nazirliyi dəniz kurortlarında, xüsusilə Antalyada turistlər arasında Koksaki virusuna yoluxma hallarının guya kəskin şəkildə artması barədə məlumatları təkzib edib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
"Bölgədə Koksaki virusu ilə bağlı mütəmadi olaraq monitorinq aparılır. Hazırda yerli hotellərdə və təhsil müəssisələrində xəstəliyin yayılmasını ehtimal etməyə imkan verən vəziyyət yoxdur", - məlumatda qeyd olunub.
Daha əvvəl Rusiya Turoperatorlar Assosiasiyası bildirmişdi ki, Türkiyədə Koksaki xəstəliyi ilə bağlı müraciətlər qeydə alınır və onların sayı keçən ilin göstəricisindən çox deyil.