Şahzadə Diananın geyimləri hərraca çıxarılır

A- A A+

Mərhum Şahzadə Dianaya məxsus yüzlərlə rəngarəng geyimlər, papaqlar, ayaqqabılar və çantalar bu ay satışa çıxarılır.

NUHÇIXAN “Reuters”ə istinadla xəbər verir ki, “Julien’s Auctions” şirkəti bunu indiyədək Şahzadə Diana aid keçirilmiş ən böyük hərracı adlandırır. Canlı və onlayn formatda keçiriləcək “Şahzadə Diananın stili və kral kolleksiyası” adlı hərrac iyunun 26-da Los-Ancelesdəki The Peninsula Beverly Hills otelində baş tutacaq. Tədbirdə Şahzadənin geyindiyi çoxsaylı moda nümunələri satışa çıxarılacaq.

“Julien’s Auctions”un icraçı direktoru Martin Nolan bildirib ki, bu hərrac Diana ilə bağlı ən böyük satış olacaq: “Burada onun həyatına və karyerasına aid 100-dən çox əşya yer alıb. Xatırladım ki, Diana özü də 1997-ci ildə xeyriyyə məqsədilə 70-dən çox libasını satışa çıxarmışdı”.

Satışın diqqətçəkən əşyaları arasında 1988-ci ildə Bellville Sassoon tərəfindən dizayn edilmiş, xəstəxana ziyarətləri zamanı tez-tez geyindiyi üçün qayğıkeş libas adlandırılan ipək çiçəkli paltar da var. Onun qiymətinin 200-300 min dollar arasında olacağı gözlənilir. 1986-cı ildə Körfəz ölkələrinə səfəri zamanı Katherin Valker tərəfindən hazırlanan krem rəngli ipək gecə geyimi və Brus Oldfild dizaynlı, 1987-ci ildə Royal Ascot yarışlarında geyindiyi sarı çiçəkli dəst də satışa çıxarılır. Hər iki geyimin 100-300 min dollar arası qiymətləndirildiyi bildirilir.

Hərraca çıxarılan digər əşyalar arasında 1995-ci ildə Fransa keçmiş birinci xanımı Bernadette Şirak tərəfindən Dianaya hədiyyə edilmiş Dior çantası, 1981-ci ildəki toy libasının eskizi və həmin paltardan qalan tül parçalar da yer alır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: