Türkiyədə miqrant qaçaqmalçılığına qarşı əməliyyat keçirilib, 273 nəfər saxlanılıb

A- A A+

Türkiyənin 51 əyalətində miqrant qaçaqmalçılığı təşkilatçılarına və qanunsuz mühacirətə qarşı son iki həftədə keçirilən əməliyyatlar nəticəsində bu cinayətləri törətməkdə şübhəli bilinən 273 nəfər və 1022 qanunsuz miqrant saxalannılıb.

NUHÇIXAN “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, miqrant qaçaqmalçılığı təşkilatçılığında şübhəli bilnənlərin 98-i həbs edilib, qalanları barəsində araşdırma davam edir.

Bildirilib ki, qanunsuz mühacirlərin deportasiyası başlayıb.

Əməliyyat İstanbul, Adana, İzmir, Ərzurum, Kocaeli, Van, Hatay, Mersin, Muğla, Nevşehir, Sivas, Edirne, Tokat, Trabzon, Iğdır, Afyonkarahisar, Ağrı, Balıkesir, Gaziantep, Isparta, Aydın, Bursa, Çanakkale, Erzincan, Hakkari, Kırklareli, Rize, Sakarya, Tekirdağ, Şanlıurfa, Yozgat, Ardahan, Kilis, Adıyaman, Amasya, Antalya, Burdur, Elazığ, Giresun, Kars, Kastamonu, Konya, Malatya, Manisa, Kahramanmaraş, Niğde, Ordu, Uşak, Bayburt, Yalova və Osmaniyedə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: