Rusiyaya məxsus təyyarənin Finlandiyanın hava məkanını pozması səbəbindən bu ölkənin diplomatı Finlandiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Reuters" Finlandiya XİN-in bəyanatına istinadən məlumat yayıb.
"Rusiya səfirliyinin müvəqqəti işlər vəkili məsələ ilə bağlı Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb", - məlumatda bildirilib.