Türkiyə Prezidenti: İndoneziyaya 48 ədəd KAAN təyyarəsi tədarük ediləcək

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beşinci nəsil KAAN təyyarələrinin 48 ədədinin İndoneziyaya tədarükü üçün müqavilə bağlandığını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrdəki paylaşımında Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanmış hərbi təyyarələrin ixracına dair müqavilənin Cakartada keçirilən “INDO Defence 2025” müdafiə sərgisi çərçivəsində imzalandığını bildirib.

O, İndoneziya Prezidenti Prabovo Subiantoya müdafiə müqaviləsinin imzalanmasına verdiyi töhfəyə görə təşəkkürünü bildirib. Türkiyə lideri paylaşımında yazıb: “Dost və qardaş İndoneziya ilə razılaşmaya uyğun olaraq, Türkiyə 48 ədəd KAAN təyyarəsi ixrac edəcək. İndoneziyanın malik olduğu imkanlar onların istehsalında istifadə olunacaq”.

Türkiyə Prezidenti, həmçinin Müdafiə Sənayesi Müdirliyi və TUSAŞ-ı ölkənin rekord qıran müdafiə ixracı müqaviləsinə görə təbrik edib.

TUSAŞ daha əvvəl bildirmişdi ki, ilk seriyalı KAAN təyyarəsi 2028-ci ildə sifarişçilərə təhvil verilə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: