Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynaya səfərə gedib.
NUHÇIXAN xəbər verir ki, Aleksandar Vuçiç Ukrayna-Cənub-Şərqi Avropa Sammitində iştirak edəcək.
Sammit regionda mühüm təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayır. Builki sammitdə də Ukrayna böhranı ilə bağlı danışıqların və müzakirələrin aparılması gözlənilir.
Xatırladaq ki, ötənilki sammit oktyabr ayında Xorvatiyanın Dubrovnik şəhərində keçirilib.