İranda "Kaveh Petrochemical Company" müəssisəsində metanol çənində baş verən yanğın nəticəsində üç nəfər həlak olub, 10 nəfər yaralanıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə IRNA agentliyi təcili yardım xidmətlərinə istinadən məlumat verib.
Bildirilir ki, hadisə bu gün yerli vaxtla saat 11.30-da ölkənin cənubunda yerləşən Bəndər-Deyər liman şəhərində baş verib. Hadisənin miqyasını nəzərə alaraq, yaralı və ölənlərin sayının artması ehtimalı var.